• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1289
— 16.08.2023 16:02

Dağıntılar altında qalan şəxsin meyiti tapılıb

KepezTV Player

Göygöl şəhərində fərdi yaşayış evinin zirzəmisinin çökməsi nəticəsində uçqun altında qalan şəxsin cəsədi tapılıb. FHN-nin Gəncə Regional Mərkəzinin və Xüsusi Riskli Xilasetmə Xidmətinin şəxsi heyətinin dünən gecədən etibarən apardığı axtarışlarda ev sahibi 1987-ci il təvəllüdlü Cəfərov Emin Əltifat oğlunun cansız bədəni aşkarlanıb. Heydər Əliyev prospekti 29 ünvanında yerləşən evdə qeydə alınan hadisə məlumata görə evdə təmir gedərkən yaşanıb. Olay baş verən andan FHN-nin müvafiq texnikası və xüsusi təlim keçmiş xidməti it axtarış-xilasetmə işlərinə cəlb olunub.