• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1606
— 16.08.2023 16:11

Ermənilərlə Rusiya sülhməramlıları arasında qarşıdurma

KepezTV Player

Qarabağda müvəqqəti yerləşdirilən Rusiya sülhməramlıları ilə yerli separatçıları dəstəkləyən ermənilər arasında insident yaşanıb. Ermənilər sülhməramlılarının Xocalıdakı hərbi bazasına gedən yolu bağlayıblar. Onlar avtomobilləri yolun hərəkət istiqamətində saxlayıblar. Rusiya sülhməramlıları avtomobili əlləri ilə yoldan kənarlaşdırıblar. Kadrlardan görünür ki, hadisə yerindəki ermənilər hər an təxribat törətməyə hazırdırlar. Ermənilər Rusiya hərbçilərini onları blokadada saxlamaqda ittiham edir, hətta onların ünvanına təhqiramiz ifadələr də işlədirlər. Sülhməramlıların fəaliyyətinə mane yaradırlar. Rusiyalı hərbçilərdən biri separatçıya "sizə nə qədər pul veriblər?" deyə söz atır.