• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1158
— 15.08.2023 20:10

794 sayda yeni tibbi xidmət vətəndaşlara ödənişsiz təklif ediləcək

KepezTV Player

Artıq üç ildir ölkə vətəndaşlarına dövlət və özəl tibbi müəssisələrdə xidmətlərdən tam ödənişsiz istifadə imkanı yaradılıb. Bu, İcbari tibbi sığortanın tətbiqi sayəsində mümkün olub. Hazırda isə bu xidmətlər paketinin genişləndirilməsi istiqamətində işlər görülür. Yeniliklər nədən ibarət olacaq? Növbəti videomaterialda biləcəksiniz.

"İcbari tibbi sığorta üzrə Xidmətlər Zərfi"nə 794 sayda yeni tibbi xidmət əlavə edilib. Nəticədə Xidmətlər Zərfindəki tibbi xidmətlərin sayı 3344-ə çatdırılıb. Bu xidmətlərin 33-ü invaziv radioloji, 43-ü ambulator, 200-ü laborator, 522-si isə stasionar tibbi xidmətlərdir.

Sığortanın tətbiqi maliyyə məhdudiyyətinin qarşısının alınması və tibb sektorunu daha yaxşı inkişafa motivasiya etmək üçün hesablanıb. Məqsəd tibbi xidmətləri vətəndaşlar üçün əlçatan etmək, əhalinin sağlamlığının qorunması üçün tibbi xidmətlərin təşkilini təmin etmək və tibbi xidmətlərin keyfiyyətinin yüksəldilməsidir.

İcbari tibbi Sığortanın xidmətlər zərfində son dəyişikliklərə qədər mövcud olan 2550 xidmət var ki, vətəndaşlar bundan ödənişsiz şəkildə yararlana bilirlər. Xidmətlər zərfinin zəngin olması isə müraciət sayına öz təsrini göstərir. Belə ki, əvvəlki dövrlərlə müqayisədə pasientlərin sayında 3 dəfəyə kimi artım müşahidə olunur.
İcbari tibbi sığorta Gəncə də daxil olmaqla ölkənin 36 şəhər və rayonunda tətbiq olunur. Gəncə şəhər Birləşmiş xəstəxanasının məlumatına görə, təkcə Gəncədə gün ərzində təxminən 2500-dən çox vətəndaş tibbi sığorta ilə bağlı müraciət edir ki, onlara da 10 minə yaxın xidmət göstərilir.