• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2078
— 15.08.2023 20:15

Gədəbəy istiqamətində mövqelərimiz atəşə tutulub

KepezTV Player

Bu gün saat 18:05-dən başlayaraq Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Şişqaya və Göysu yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Gədəbəy rayonunun Qalakənd yaşayış məntəqəsi istiqamətində yerləşən bir neçə mövqemizi müxtəlif çaplı atıcı silahlardan atəşə tutub. MN-nin məlumatına görə, bölmələrimiz tərəfindən qeyd olunan istiqamətdə cavab tədbirləri görülüb.