• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1854
— 15.08.2023 16:25

ADAU və Türkiyənin Aydın Universiteti arasında əməkdaşlıq

Dünyanın bir çox universitetləri ilə aqrar sahənin müxtəlif istiqamətləri üzrə əməkdaşlıq edən Azərbaycan Dövlət Aqrar Universiteti bu çərçivədə Türkiyənin Aydın Universiteti ilə münasibətlər qurur. Qardaş ölkənin ali təhsil müəssisəsinin rəhbərliyi Gəncədə olaraq ADAU ilə ikitərəfli əməkdaşlığı müzakirə edib. Görüşdə iki universitet arasında qarşılıqlı əlaqələrin yaradılması və möhkəmləndirilməsi, birgə təhsil proqramları, tələbə mübadiləsi, eləcə də aqrar sahənin inkişafı haqqında ətraflı fikir mübadiləsi aparılıb. Təhsil proqramı çərçivəsində magistratura səviyyəsində tələbə mübadiləsi və müəyyən ixtisaslar üzrə birgə əməkdaşlıqla bağlı ilkin razılıq əldə edilib. Növbəti mərhələdə universitetlər arasında qarşılıqlı əlaqənin daha da möhkəmləndirilməsi üçün əməkdaşlıq memorandumunun bağlanılması nəzərdə tutulub.

Zəfər Qurbanov- ADAU-nun rektor vəzifəsini icra edən: "Bu gün bizim görüşümüz Türkiyənin Aydın universiteti ilə həyata keçirildi və qeyd etdiyim kimi əsas məqsədimiz tələbə mübadiləsinin həyata keçirilməsidir və bildiyimiz kimi hal-hazırda ADAU Erasmus layihəsi ilə Avropanın müxtəlif universitetlərində tələbələrin tədrisini təşkil edibdir və belə bir ilkin qənaətə gəlmişik ki, magistratura səviyyəsində tələbə mübadiləsi həyata keçirmək və eyni zamanda iki ixtisas üzrə qida mühəndisliyi, eyni zamanda əczaçılıq ixtisası üzrə də birgə proqramların həyata keçirilməsi istiqamətində ilkin razılıq əldə etdik və beləliklə növbəti mərhələdə isə əməkdaşlıq memorandumu bağlanılması və bu istiqamətlərdə işimizi davam etdirəcəyik".