• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1246
— 15.08.2023 11:57

Avtoxuliqanlıq edən şəxs saxlanılıb

KepezTV Player

Tovuz Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları rayon ərazisində sürət həddini aşan, yol hərəkəti qaydalarını kobud şəkildə pozan və avtoxuliqanlıq edən sürücünü saxlayıb. Belə ki, Tofiq Xalıqverdiyev idarə etdiyi “VAZ” markalı avtomobil ilə yollarda intizamsızlıq etməklə ictimai-asayişi nümayişkəranə şəkildə pozaraq vətəndaşların haqlı narazılığına səbəb olması məlum olub. Həmin şəxs barəsində İnzibati Xətalar məcəlləsinin müvafiq maddələrinə əsasən tərtib olunmuş inzibati protokol baxılması üçün aidiyyatı üzrə məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə T. Xalıqverdiyev sürücülük hüququndan 1 il müddətinə məhrum olmaqlə 15 sutka müddətinə inzibati qaydada həbs edilib.