KepezTV Player
İspaniyanın qanunsuz erməni separatçı rejimini təbliğ etməsi qəbuledilməzdir. Bunu Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə sosial şəbəkədə paylaşımında bildirib. “Öz ərazisində separatizmlə mübarizə aparan bir ölkənin başqa ölkələrdə separatizmi dəstəklədiyini görmək qəribədir. İspaniyanın qanunsuz erməni separatçı rejimini təbliğ etməsi qəbuledilməzdir. Biz bu qeyri-konstruktiv yanaşmanı qətiyyətlə pisləyirik”, - XİN rəsmisi vurğulayıb. Qeyd edək ki, İspaniyanın Rusiyadakı səfirliyi Qarabağdakı erməni separatçılarına yardım göstərildiyini açıqlayıb.
- Baxış: 310