İrsimizin Tədqiqi və Təbliği İctimai birliyinin təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin 100 illk yubileyinə həsr olunan “Heydər Əliyev və Azərbaycan Mədəniyyəti” adlı layihə həyata keçirilib. Layihə çərçivəsində Ulu Öndərin yaşadığı mənalı və kamil ömür yolundan, xalq və dövlətçiliyimiz uğrunda apardığı mübarizə haqqında məlumat verilib, Ümummilli liderin Azərbaycan tarixində əvəzolunmaz rolundan danışılıb. Bildirib ki, ictimai-siyasi həyatın bütün sahələrində böyük zirvələr fəth edən müstəqil Azərbaycanın qurucusu və banisi Heydər Əliyevin tarix və xalq qarşısında gördüyü işlərin içərisində ən misilsiz xidməti məhz dövlətçiliyin sarsılmaz əsaslarının formalaşdırılmasıdır.
Səadət Təhmirazqızı - İrsimizin Tədqiqi və Təbliği İctimai Birliyinin sədri: "Bu gün biz Gəncə şəhərində Azərbaycan Respublikası Qeyri-Hökümət Təşkilatlarına Dəstək Agentliyinin dəstəyi və bizim İrsimizin Tədqiqi və Təbliği İctimai Birliyinin təşkilatçılığı ilə ulu öndərimiz Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunan Heydər Əliyev Azərbaycan Mədəniyyəti layihəsi çərçivəsində Heydər Əliyev və nitq mədəniyyəti elmi seminarını keçiririk və əlbəttə bizim bu layihədə bir neçə tədbirlər yer alacaq. Əlbəttə layihə çərçivəsində keçiriləcək bu tədbirlərin hər biri bizim təşkilatımız tərəfindən ulu öndərimiz Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə sanki bir töhfədir. Elə düşünürəm ki, ulu öndərin həyatı, fəaliyyəti müstəqil Azərbaycanın rifahı üçün gördüyü bütün işlər, xidmətlər uşaqdan böyüyə qədər hər kəsin qəlbində bu dahi şəxsiyyətin obrazını yaradıb".
- Baxış: 401