• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1435
— 12.08.2023 19:46

DTX xüsusi əməliyyat keçirdi, terrorçu saxlanıldı

KepezTV Player

Azərbaycan vətəndaşlığından məhrum edilən terrorçu Zülfüqarov Kamran Azər oğlu qeyri-leqal yolla ölkə ərazisinə keçib. Terrorçunun Azərbaycanda olması barədə məlumatlar Dövlət Təhlükəsizliyi Xidmətinin apardığı araşdırmalar nəticəsində yoxlanılaraq öz təsdiqini tapıb və gizləndiyi yer müəyyən edildikdən sonra həmin şəxs saxlanılıb. Kamran Zülfüqarov barəsində aparılan cinayət işi üzrə məsuliyyətə cəlb olunaraq məhkəmənin qərarı ilə həbs edilib. İstintaq-əməliyyat tədbirləri nəticəsində Kamran Zülfüqarovun Suriya ərazisində İŞİD-in xüsusi hazırlıq düşərgəsində təlimlər keçərək, odlu silah və partlayıcı maddələrdən istifadə qaydalarını mənimsədiyi məlum olub. Kamran Zülfüqarov istintaqa verdiyi ifadədə İŞİD-in tərkibində olduğu vaxt törətdikləri cinayətlərdən danışıb və əməllərindən peşman olduğunu bildirib.