• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 771
— 11.08.2023 19:23

Havaların isti keçməsi turizm sektorunda canlanma yaradıb

KepezTV Player

Son günlər havaların həddindən artıq isti keçməsi Azərbaycanın dağ turizmi sektorunda canlanma yaradıb. Qərb bölgəsi də bu baxımdan yerli və xarici turistlərin diqqət mərkəzində olub.

Bölgələrdə yerləşən istirahət mərkəzlərinə, kənd qonaq evlərinə üztutanların əksəriyyətini yerli turistlər təşkil edir. Xüsusilə Hacıkənd kurort zonası, Göygöl və Daşkəsən qonaq qəbul edən əsas istirahət zonalarındandır.

Anormal istilər hər kəsi daha sərin bölgələrə, xüsusən də dağ rayonlarına üz tutmağa vadar edir. Belə olan halda bir sual ortaya çıxır. Evlərin qiymətində bahalaşma varmı? Şəraitdən asılı olaraq qiymətlər hansı aralıqda dəyişir.

Müraciətlərin sayının çox olması isə qiymətləri artırıb. Belə ki, ötən ilə nisbətən qiymətlərdə 20-30 faizə kimi artım var. Bahalaşmaya baxmayaraq, demək olar ki, boş ev tapmaq müşkülə çevrilib.

Gəncə Regional Turizm idarəsi tərəfindən turizmin inkişafını sürətləndirmək, ölkənin daxili turizm potensialını dünya bazarına çıxarmaq, xarici turistlərin diqqətini səfalı guşələrimizə cəlb etmək məqsədilə bölgələr üzrə turizm marşrutlar müəyyənləşdirilir. Kənd qonaq evlərinin inkişafı, göstərilən xidmət keyfiyyətinin artırılması istiqamətində müəyyən proqramlar hazırlanır.