• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1946
— 10.08.2023 19:24

İxtisas seçimi 16-28 avqust tarixlərində internet vasitəsilə aparılacaq

KepezTV Player

Düzgün ixtisas seçimi ali və orta ixtisas təhsili müəssələri tələbələrinin həyatında və gələcək karyerasının formalaşmasında ən zəruri amillərdəndir. Çünki, onların bugünkü seçimi gələcək həyatlarına təsir edir. Ali təhsil müəssisələrinə qəbul olmaq üçün ixtisas seçimi 16 avqust tarixində başlanılır.

İxtisas seçimi 28 avqust tarixinə kimi internet vasitəsilə aparılacaq. “Abituriyent” jurnalının 4 saylı buraxılışı, həmçinin II və III qruplar üzrə “İxtisas seçimi zamanı nələrə diqqət yetirməli?” adlı kitabçaların nəşri abituriyentlərin köməyinə çatacaq. I və IV qruplar üzrə müvafiq kitabçalar imtahan nəticələri ilə əlaqədar yaradılan Apellyasiya komissiyası öz işini yekunlaşdırdıqdan sonra nəşr olunacaq.

Nəsimi Məmmədov- DİM- Gəncə Regional Bölməsinin müdiri: "Bilirsiniz ki, Respublikanın ali təhsil müəssisələrinə artıq 2023\2024 –cü tədris ili üçün qəbul imtahanları başa çatmışdır, belə ki, ilkin qəbul imtahanlarının yekun mərhələsi olan abituriyentlərin 2023\2024 –cü tədris ili üçün respublikanın ali təhsil müəssisələrinə ixtisas seçimi mərhələsi başlayır. Beləliklə avqust ayının 16-dan avqust ayının 28-dək DİM-in rəsmi internet səhifəsində müsabiqə şərtini ödəyən 1, 2, 3, 4 və eləcə də 5- ci qrup qabiliyyət tələb edəcək ixtisasların ixtisas seçimi ali təhsil müəssisələrinin qəbul imtahanlarında iştirak etmə hüququ olan abituriyentlər öz ixtisaslarını seçib təsdiq edə bilərlər".

Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə Mərkəzin “Youtube” kanalı vasitəsilə ixtisas seçimi edəcək abituriyentlərə statistik məlumatlar əsasında diqqət yetirməli olduqları məsələlər haqqında məlumat verəcək.

Nəsimi Məmmədov- DİM Gəncə Regional Bölməsinin müdiri: "Hər il bilirsiniz ki, DİM–in direktorlar şurasının sədri Məleykə xanım Abbaszadə tərəfindən qəbul imtahanı öncəsi tələbələr, abituriyentlərlə görüş keçirilir, onların müraciətləri açıq şəkildə cavablandırılır. Bu il də avqust ayının 11-i saat 11:00-da 2-ci, 3-cü ixtisas qrupları üzrə, avqust ayının 18-i isə 1-ci və 4-cü ixtisas qrupları üzrə Youtube kanalı vasitəsilə Məleykə Abbaszadə tərəfindən abituriyentlərin nəyə siqqət yetirməli və bu illəri keçid balları müsabiqə şərtlərini ödəyəcək nə qədər abituriyentlərin bal toplaması və onların statistik məlumatları ilə bağlı məlumat veriləcəkdir".

Eyni zamanda abituriyentlər Dövlət İmtahan Mərkəzinin regional bölmələrində ixtisas seçimi ilə əlaqədar kömək məqsədilə yaradılan və ödənişsiz əsaslarla fəaliyyət göstərən abituriyent məsləhət mərkəzlərinə müraciət edə bilərlər. İxtisas seçimi günlərində DİM-in əməkdaşları tərəfindən abituriyentlərə tələbə qəbulu qaydaları, “Abituriyentin elektron ixtisas seçimi ərizəsi”nin doldurulma və təsdiq edilməsi qaydası, müsabiqə şərtləri, ixtisas seçimi zamanı diqqət yetirilməli olan vacib məsələlər və s. haqqında kömək göstəriləcək.