• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1083
— 10.08.2023 16:57

Təhsil tələbə kreditlərinin verilməsi qaydasına dəyişiklik edilib

KepezTV Player

Nazirlər Kabinetinin qərarına əsasən “Təhsil Tələbə Krediti Fondunun vəsaiti hesabına təhsil tələbə kreditlərinin verilməsi Qaydası”na dəyişiklik edilib. Tələbələr üçün nəzərdə tutulan kreditinin əhatə dairəsi genişlənir. Belə ki, artıq texniki peşə səviyyəsində təhsil alan tələbələr də kreditdən yaralana biləcəklər. Bu isə əlavə olaraq daha 5-6 min tələbənin təhsilə əlçatanlığını təmin etməyə kömək edəcək. Təhsil tələbə krediti ilə bağlı elektron müraciətlərin qəbuluna 2021-ci ilin noyabr ayından başlanılıb. Məqsəd ödənişli əsaslarla əyani formada təhsil alan tələbələrin təhsilə əlçatanlığı təmin etmək, təhsil almaqda bərabər imkanlar yaratmaq və təhsilin əhatə dairəsini genişləndirməkdən ibarətdir.