Uzunluğa 82 km olan Toğanalı-Kəlbəcər-İstisu avtomobil yolunun və yol üzərində dünyanın ən uzun avtomobil tunellərindən biri olacaq Murovdağ tuneli də daxil olmaqla 5 avtomobil tunelinin inşası sürətlə davam edir. Göygöl və Kəlbəcər rayonlarını birləşdirən avtomobil yolunun layihə uzunluğu Toğanalı-Kəlbəcər 56 km, Kəlbəcər-İstisu 26 km təşkil edir. Avtomobil yolu 2, 3 və 4 hərəkət zolaqlı olmaqla I, II və III texniki dərəcəyə uyğun olaraq inşa edilir. Layihə üzrə ümumi uzunluğu 2 968 metr olan 6 qovşağın və ümumi uzunluğu 5 600 metr olan 36 bağlantı yolun tikintisi də nəzərdə tutulub. Yolun Toğanalı-Kəlbəcər hissəsində hazırda ərazi təmizlənməsi, bitki qatının çıxarılması, qazma və dolğu, həmçinin süni qurğuların tikintisi işləri yerinə yetirilir. Qazma və dolğu işləri 56% tamamlanıb. Tamamlanmış hissələrdə yol əsasının tikintisi və asfalt-beton örtüyünün döşənməsi işləri icra olunur.
- Baxış: 379