• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1477
— 10.08.2023 12:10

Prezident İlham Əliyev Rusiyanın yeni səfirinin etimadnaməsini qəbul edib

KepezTV Player

Prezident İlham Əliyev Rusiyanın ölkəmizdə yeni təyin olunan fövqəladə və səlahiyyətli səfiri Mixail Yevdokimovun etimadnaməsini qəbul edib. Söhbət zamanı bildirilib ki,  Azərbaycanla Rusiya arasında ikitərəfli dostluq münasibətlərinin müxtəlif istiqamətlərdə uğurla inkişaf edib. Siyasi, iqtisadi-ticari, energetika, nəqliyyat, humanitar sahələrdə, regional təhlükəsizliklə bağlı məsələlərdə fəal qarşılıqlı fəaliyyətin həyata keçirildiyi qeyd olunub. Həm ikitərəfli müstəvidə, həm də beynəlxalq təşkilatlar çərçivəsində səmərəli əməkdaşlığın olduğu vurğulandı, dövlət başçıları arasında təmasların əlaqələrimizin genişlənməsinə verdiyi töhfə bildirildi, ikitərəfli münasibətlərimizin bundan sonra da uğurla inkişaf edəcəyinə əminlik ifadə olunub. Görüşdə həmçinin Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşdırılması və sülh müqaviləsi üzrə aparılan danışıqlar prosesinin hazırkı vəziyyəti barədə danışılıb.