KepezTV Player
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi tərəfindən işğaldan azad olunan Laçın, Füzuli və Zəngilan rayonlarına köçürüləcək ailələrin tibbi müayinələri aparılıb.Müayinələr "Böyük Qayıdış" layihəsi çərçivəsində icbari tibbi sığorta hesabına vətəndaşlar üçün ödənişsiz əsaslarla icra olunub. Ümumilikdə, 186 ailə müayinələrə cəlb olunub. Müayinələr TƏBİB-in tabeliyindəki Bərdə, Göyçay, Qax, Tərtər, Xaçmaz, Yevlax, Şirvan, Mingəçevir, Sumqayıt, Abşeron, Lökbatan, Binəqədi, Sabunçu, Suraxanı, Nizami, Xətai üzrə müvafiq tibb müəssisələrində, eləcə də Yeni Klinikada təşkil edilib. müayinələrin əsas məqsədi işğaldan azad olunan ərazilərə köçürülən şəxslərin ümumi sağlamlıq vəziyyətlərinin müəyyən edilməsidir.
- Baxış: 352