• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1457
— 08.08.2023 15:16

Növbəti tədris ili üzrə şagird yerdəyişməsinə start verilib

KepezTV Player

Ümumtəhsil müəssisələrində şagirdlərin yerdəyişməsi üçün valideyn, sy.edu.az saytına daxil olaraq şəxsi kabinet açıb məktəblinin məlumatlarını daxil etməlidir. Bu zaman seçim olunan məktəb şəxsi kabinetdə qeyd edilərək göstərilməlidir. Şagirdlərin elektron yerdəyişməsi zamanı nəzərə alınan əsas meyar yaşayış yerinin dəyişməsidir. Yerdəyişmə ailə yaşayış yerini dəyişdikdə və məktəblərdə şagird sıxlığı olduğu zaman həyata keçirilir. Valideynlər bəzən problemlərlə də rastlaşırlar. Onların yerdəyişmə etmək istədikləri ümumtəhsil müəssisələrində yerlər olmaya bilər. Bu halda valideynlər həmin ümumtəhsil müəssisələrində təhsil alan hər hansı bir şagirdin başqa ümumtəhsil müəssisəsinə yerdəyişmə etməyi nəticəsində həmin sinifdə yaranan yerlərə növbəli şəkildə qeydiyyatdan keçməlidirlər.

Elvira Şükürova- Gəncə Daşkəsən Regional Təhsil İdarəsinin məsləhətçisi: "Artıq 7 avqust tarixindən 2023-2024-cü tədris ili üçün şagird yerdəyişməsi aktivdir. Dünəndən etibarən regionun tabeliyində olan məktəblər üzrə və ölkədaxili, digər məktəblər daxil ümumilikdə 512 sorğu həyata keçirilmişdir. Yerdəyişmə aralıq sinifləri üçün artıq 7 avqust tarixindən aktivdir. 10-cu siniflər üçün yerdəyişmə isə avqust ayının 14-dən saat 15:00 – dan etibarən aktiv olacaqdır. Bunun üçün valideynlər övladının və valideyn şəxsiyyət vəsiqəsi vasitəsilə elektron qaydada övladlarına sorğu yarada bilərlər. Çətinlik çəkdikləri təqdirdə "ASAN" Xidmət mərkəzinə yaxınlaşıb, müvafiq texniki dəstək ala bilərlər".
Təhsil Nazirinin sərəncamı ilə elektron yerdəyişmə yalnız 2-ci sinifdən 11-ci sinifə kimi olan şagirdlərə şamil olunur. Valideynlər üçün elektron sistemdə ümumi təhsil müəssisələrinə sorğu yerləşdirmə prosesi avqustun 31-i saat 18:00-a qədər davam edəcək. Onlar sentyabrın 5-i saat 15-ə qədər övladlarının sənədlərini yerdəyişmə etdikləri ümumi təhsil müəssisəsinə təqdim etməlidirlər.