• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1679
— 07.08.2023 23:34

Bu il məktəblərdə vahid məktəbli forması olacaq

KepezTV Player

Yeni tədris ilinin başlanmasına təxminən 1 ay qalıb. Artıq valideynlər məktəbə gedəcək övladları üçün yeni məktəbli formaları axtarışındadırlar. Ancaq bu il digər illərdən fərqli olaraq vahid məktəbli formasının tətbiqinə başlanılacaq. Bununla bağlı Elm və Təhsil Nazirliyi məlumat yayıb.

Nazirliyin məlumatında 2023.2024-cü tədris ilində ölkənin hər bir ümumi təhsil müəssisəsi üzrə vahid məktəbli geyimi tətbiq ediləcəyi qeyd olunur. Məktəblər təqdim olunan geyim forması arasından seçim ediblər.

Məktəbli formaları təhsil müəssisələrinə 4 seçim rəngində təqdim olunub. Qiymətlərinə gəldikdə isə qızlar üçün ətəklər və oğlanlar üçün şalvarlar 25 manat təşkil edir. Köynəklər 15 manat, jaketlər isə 30 manatdır.

Bəzi valideynlər övladları üçün artıq məktəbli formaları da almağa başlayıblar. 1 uşaq üçün məktəbli formasının qiyməti ortalama 80 manata başa gəlir.

Gəncə-Daşkəsən Regional Təhsil İdarəsindən bildirilib ki, məktəbli formalarının qiyməti istehsalçı tərəfindən tənzimlənir. Bununla bağlı hər hansı tələb qoyulmayıb.