• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2360
— 07.08.2023 12:20

Azərbaycan Prezidenti İlham Əliyev açılışlar edib

KepezTV Player

Azərbaycan Prezidenti İlham Əliyev Qazax rayonuna səfər edib. Dövlətimizin başçısı Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib, yenidən qurulan Qarapapaq-Çaylı avtomobil yolunun açılışında iştirak edib, Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Qazax” Əlahiddə Sərhəd Diviziyasının qarnizon kompleksində yaradılan şəraitlə tanış olub. Prezident həmçinin, Qazax Müəllimlər Seminariyası ADA Universiteti Qazax Mərkəzində olub. Qazax şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin istismara verilməsi mərasimində və “Venzana” mebel fabrikinin açılışında iştirak edib. “Bakı-Qazax-Gürcüstan ilə dövlət sərhədi magistral avtomobil yolunun Gəncə-Qazax-Gürcüstan ilə dövlət sərhədi hissəsinin 4 zolağa genişləndirilməsi layihəsi" çərçivəsində yenidən qurulan, ümumi uzunluğu 102 kilometr olan Gəncə-Qazaxbəyli hissəsinin açılışında iştirak edib. *** Azərbaycan Prezidenti Şəmkir rayonuna da səfər edib. Ümummilli Lider Heydər Əliyevin Şəmkir şəhərində ucaldılmış abidəsini ziyarət edib. Dövlətimizin başçısı Şəmkir şəhəri Məhəmməd Füzuli adına təbiət və humanitar fənlər təmayüllü tam orta məktəb-liseyin yeni binasının açılışında iştirak edib.