• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2192
— 05.08.2023 19:38

Ağstafada qanunsuz kömür quyuları aşkarlanıb

KepezTV Player

İsmayıllı, Qax və Ağstafada qanunsuz kömür quyuları aşkarlanıb. Bu barədə Dövlət Ekoloji Təhlükəsizlik Xidmətindən məlumat verilibb. Dövlət Xidmətinin əməkdaşları "Qanunsuz kömür istehsalı ilə birgə mübarizə aparaq” aksiyası çərçivəsində İsmayıllı rayonunun Müşkəmir, Tircan, Qax rayonunun Şotavar kəndlərində və Ağstafa rayonunun Vurğun qəsəbəsində vətəndaşların həyətyanı sahələrində ağac kömürü istehsal edilən kömür quyuları aşkar edilib. Faktlarla bağlı qanunsuz kömür istehsal edən şəxslər barəsində akt, protokol tərtib edilib, qanunamüvafiq tədbirlər görülüb, kömür quyuları isə ləğv olunub.