• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1696
— 03.08.2023 19:40

Peşə Təhsili müəssisələrinə tələbə qəbuluna başlanılıb

KepezTV Player

28 iyul tarixindən etibarən Peşə təhsili müəssisələrinə 2023/2024-cü tədris ili üzrə tələbə qəbuluna başlanılıb. Peşə təhsili almaq istəyən şəxslər -11 avqust tarixinədək “portal.edu.az” platformasında qeydiyyatdan keçməklə “Peşə təhsili müəssisələrinə elektron tələbə qəbulu” xidməti vasitəsilə müraciət göndərməlidirlər. Qəbul prosesi ümumi və ya tam orta təhsil bazasını bitirən şəxslər üçün açıqdır. Qeydiyyatdan keçmiş müraciətçilərin elektron ərizələrindəki məlumatların doğruluğu yoxlanıldıqdan sonra iştirakçının ixtisaslar üzrə seçimi sistem tərəfindən təsdiqlənir. Qəbul ərizəçinin attestatında göstərilən müvafiq fənlər üzrə qiymətlərinin orta balı əsasında həyata keçirilir. Tələbə qəbulu prosesində iştirak edən hər bir şəxsə maksimum 5 ixtisas üzrə seçim etmək imkanı yaradılır.

Nağı Nağıyev- Gəncə Dövlət Peşə Təhsil Mərkəzinin Tərbiyə İşləri üzrə direktor müavini: “Aşpazlıq, şirniyyat, bərbər, vizajist, manikürçü, dayə qrupu və digər qruplarımız var. Bu qruplarımıza portal.edu.az vasitəsilə girib, ordan baxıb, qeydiyyatdan keçdikdən sonra, müəssisə yerlərində Ticarət və Xidmət üzrə Gəncə Dövlət Peşə Təhsil Mərkəzini seçdikdə bizim ixtisaslarımız açılacaq və orda dövlət hesabına və ödənişli hesablar da var. Əgər bir şəxs indiyə kimi Peşə təhsil müəssisəsində təhsil almayıbsa, onun bir dəfə ödənişsiz, dövlət vəsaiti hesabına təhsil almaq hüququ var. Müsabiqədən uğurla keçən şəxslər ayın 14-dən sonra sənədləri bizə təqdim etmək lazımdır. Sənədləri təqdim edən zaman, hansı sənədlər təqdim olunacağı onlara mesaj vasitəsilə göndəriləcək. Burada qeydiyyat nəyə uyğun seçilir? Bir yerə 20 nəfər də iş verə bilər, 20 nəfərlik qrupa 100 nəfər də iş verə bilər. Lakin onların içərisindən qiymətləri uyğun, qiymətləri yaxşı olanlar daha öncə seçilirlər”.

Azad Mustafaye