• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1339
— 03.08.2023 19:55

Meşəli hadisələrinin şahidləri cinayətkarların cəzalandırılmasını tələb edirlər

KepezTV Player

Meşəli qətliamında dəhşətli qırğınlara şahid olanlar Vaqif Xaçaturyan kimi digər cinayətkarların da məsuliyyətə cəlb olunmasının arzusundadırlar. Xocalı sakinləri Meşəlidə dinc insanları qətlə yetirən erməni qəsbkarlarının tezliklə həbs olunacağına inanırlar.

30 ildən çoxdur yurdlarından didərgin düşərək Goranboya pənah gətirən Xocalı sakinləri kəndlərində törədilən olaylara rəhbərlik edən Vaqif Xaçaturyanın saxlanılmasını böyük sevinclə qarşılayıblar. Onlar valideynlərinə, ən yaxınlarına min bir əziyyət verə-verə qətlə yetirən bu erməni vandalını bu cür xatırlayırlar.

1991-ci ilin qarlı-boranlı vaxtı doğma kəndlərini tərk etmək məcburiyyətində qalan meşəlilər digər cinayətkarların da yaxın gələcəkdə yaxalanaraq haqq-ədalətin təmin olunacağı vaxtı həyəcanla gözləyirlər. Onlar kəndlərində, eləcə də Xocalıda yaşanan soyqırımda əli qana batanların adlarını sadalayaraq qatillərin cəzasını almalarını tələb edirlər.

Birlik nümayiş etdirən Meşəli sakinləri Vaqif Xaçaturyan və onun kimi canilərin layiqli cəzasını çəkməsi üçün beynəlxalq ictimaiyyətə çağırış edərək, haqq səslərini bütün dünyaya çatdırıblar. Hadisə qurbanları bəyanat yayaraq, kəndlərində həyata keçirilən cinayət əməllərinə beynəlxalq aləmdə də lazımi hüquqi qiymətin verilməsini istəyiblər.

Orxan Cəfərzadə