• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1437
— 03.08.2023 19:50

Prezident İtaliyanın “Leonardo” şirkətinin direktorlar şurasının sədrini qəbul edib

KepezTV Player

Azərbaycan Prezidenti İlham Əliyev İtaliyanın “Leonardo” şirkətinin direktorlar şurasının sədri Stefano Pontekorvonu qəbul edib. Görüşdə Azərbaycanla İtaliya arasında səmərəli tərəfdaşlığa əsaslanan ikitərəfli münasibətlərin müxtəlif sahələrdə uğurla inkişaf etdiyi bildirilib, hərbi və mülki sahələrdə dünyanın ən qabaqcıl şirkətlərindən biri olan “Leonardo” şirkəti ilə əməkdaşlıq məsələləri müzakirə olunub.

Azərbaycan Prezidenti ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşaviri Lui Bononu da qəbul edib. Dövlətimizin başçısı bu yaxınlarda ABŞ Dövlət katibi Antoni Blinkenlə keçirdiyi telefon söhbəti zamanı qaldırılmış məsələlər ətrafında fikir mübadiləsini davam etdirib. Prezident İlham Əliyev Azərbaycan tərəfinin sülh prosesini davam etdirmək əzmini bir daha təsdiqlədi və tezliklə danışıqlar çərçivəsində müzakirə olunan əsas istiqamətlər üzrə nəticələrin əldə ediləcəyinə ümidvar olduğunu bildirib. Söhbət zamanı Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşdırılması və sülh müqaviləsi üzrə danışıqlar prosesi ətrafında fikir mübadiləsi aparılıb.

Azad Mustafayev