Azərbaycanın milli qəhrəmanı Eltun İsgəndərovunun adı yenicə dünyaya göz açan qardaşı övladına verilib. Körpə bu gün xəstəxanadan evə buraxılıb və şəhidin ailə üzvləri yeni doğulan körpə ilə birlikdə yaşadıqları Samux rayonuna yola salınıb. Eltun İsgəndərov 2008-ci ilin oktyabrında Samux rayon Hərbi Komissarlığı tərəfindən həqiqi hərbi xidmətə çağırılaraq, Sərhəd Qoşunlarında xidmət edib. O, 2009-cu il iyunun 18-də, Cəlilabad rayonunun Əsədli kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində sərhəd pozucuları ilə döyüş zamanı Sərhəd Xidməti hərbçilərinin mövqelərinə atılmış qumbaranın üzərinə atılıb. Beləliklə, Eltun İsgəndərov ətrafdakı əsgər və zabitlərin həyatını xilas edərək, şəhadətə ucalır. Bundan sonra prezidentin fərmanı ilə "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülüb.
Azad Mustafayev
- Baxış: 702