• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1237
— 02.08.2023 13:14

Şəmkirdə avtomobillər toqquşdu, 2 nəfər canından oldu

Şəmkirdə ölümlə nəticələn ağır yol qəzası baş verib. Hadisə Bakı-Qazax magistral yolunun rayonun Qədim Qala kəndindən keçən hissəsində qeydə alınıb. Hərəkətdə olan iki minik avtomobili toqquşub. Qəza zamanı 1995-ci il təvəllüdlü Ceyhun Ağazadə və 1965-ci il təvəllüdlü Cəmilə Qədirova dünyasını dəyişib, 1961-ci il təvəllüdlü Fəxrəddin Bədirov xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Azad Mustafayev