KepezTV Player
Zəngilan rayonunun Ağalı kəndində Zəngilan könüllülərinin təqdimatı keçirilib. “Qayıdış Könüllüləri” Proqramının “Zəngilan Könüllüləri” qrupu ilk dəfə olaraq ərazidə fəaliyyətə başlayıb. Proqram əslən Şərqi Zəngəzurdan olan gənclərin öz doğma torpaqlarında həyata keçirilən yenidənqurma və bərpa işlərində, eləcə də bölgənin tarixi mədəni irsinin təbliğində iştirakının təşviq edilməsinə və gənclərin azad olunmuş ərazilərə qayıdışına töhfə verilməsinə hesablanıb. Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Prezidentin xüsusi nümayəndəsi Vahid Hacıyev könüllü gənclərlə görüşüb, cəmiyyətin inkişafında önəmli olan fəaliyyətlərində onlara uğurlar arzu edib.
- Baxış: 320