• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1435
— 31.07.2023 12:31

Kursantlar düşərgə toplanışına cəlb olunub

KepezTV Player

Heydər Əliyev adına Hərbi İnstitutun tədris planına uyğun olaraq kursantlar çöl şəraitində keçirilən düşərgə toplanışına cəlb olunub. Hərbi hissənin ərazisində keçirilən toplanışda kursantların müxtəlif mövzular üzrə intensiv hazırlığı həyata keçirilir. Poliqonda keçirilən atış çalışmalarının yerinə yetirilməsi zamanı müxtəlif silahlardan istifadə vərdişləri təkmilləşdirilir, eləcə də “döyüş meydanında” hədəflərin aşkar edilərək atəşlə məhv edilməsi və digər tapşırıqlar praktiki yerinə yetirilir. Komando hazırlığı proqramı çərçivəsində dağ hazırlığı təlimlərində iştirak edən kursantlar döyüş vərdişlərini daha da təkmilləşdirirlər.