• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2261
— 29.07.2023 21:17

İkiqat Avropa çempionunun dünya birinciliyi sınağı

Samuxun ikiqat Avropa çempionu dünya birinciliyinə yollanır. Sərbəst güləşçi Cəfər Cəfərov Türkiyədə keçiriləcək yarışda millimizin şərəfini qoruyacaq.

Yeniyetmə güləşçi dünya birincliyinə ötən ay Avropa çempionu olduqdan sonra vəsiqə qazanıb. Samux güləş məktəbinin yetirməsi hazırda yığmanın tərkibində təlim-məşq toplanışındadır və ayın sonu qonşu ölkədəki dünya birinciliyindəki heyətdə yer alıb. 45 kq çəkidə çıxış edən pəhləvan, uşaq yaşlarından məşqçi Anar Cəlilovun yanında güləşin sirrlərini öyrənib. Şəxsi məşqçisi yetirməsinin dünya çempionu olacağına da inanır.

Gənc mütəxəssis Cəfər Cəfərovun gələcəyinə böyük ümidlər bəsləyir. Anar Cəlilov Samux güləşçisinin bütün titullara sahib çıxmasını, hətta Olimpiya çempionu olmasını arzulayır.

Cəfər Cəfərov ötən il 15 yaşlıların, bu il isə 17 yaşlı sərbəst güləşçilərin Avropa çempionatının qızıl mükafatçısıdır. İdmançı bu dəfə 31 iyul – 6 avqust tarixlərində Türkiyənin İstanbul şəhərində baş tutacaq 17 yaşadək güləşçilərin dünya birinciliyində qüvvəsini sınayacaq.

Orxan Cəfərzadə