• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1971
— 29.07.2023 21:08

MİDA növbəti güzəştli mənzilləri satışa çıxarıb

KepezTV Player

Mənzil İnşaatı Dövlət Agentliyi tərəfindən Yasamal, Hövsan və Gəncədə güzəştli mənzillərin növbəti satışına başlanılıb. Gəncə şəhəri, Azərbaycan Bayrağı küçəsində yerləşən Gəncə Yaşayış Kompleksi üzrə 243, ümumilikdə isə 1189 mənzilin satışına bu gün saat 11:00-da start verilib, 11 avqust saat 11:00-dək davam edəcək. "Mənzil İnşaatı Dövlət Agentliyinin sərəncamında olan mənzilləri vətəndaşların güzəştlə əldə etməsi Qaydası”na uyğun olaraq gözləmə qaydasında mənzillərin seçimi 3 avqust saat 11:00-da başlayacaq və 11 avqust saat 11:00-dək mümkün olacaq. Mənzillərin əldə edilməsi “Elektron hökumət” portalı üzərində “Güzəştli mənzil” sistemi vasitəsilə elektron qaydada həyata keçirilir.

Fərman Qurbanlı- MİDA-nın aparat rəhbəri: “Seçimlərdən narazı olan vətəndaşlar olacaq. Çünki bildiyiniz kimi, 1189 mənzil satışa çıxarılmışdır. Və görünən odur ki, 10 mindən artıq vətəndaş satışda iştirak edib. Bu, artıq 8 mindən artıq vətəndaşın narazı qalması deməkdir. Vətəndaşlar müraciət edə bilərlər, öz seçim loqları təhlil oluna bilər. Onlara məlumat verilə bilər ki, hansı saniyədə hansı mərhələdə olublar və niyə görə mənzil seçə bilməyiblər”.  

Nərgiz Camalzadə