• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1869
— 29.07.2023 21:03

Modernizə edilmiş "Laçın" təyyarəsinin sınaq uçuşları keçirilib

KepezTV Player

Azərbaycan Ordusunun istifadəsində olan silah və texnikanın ən yeni texnologiyaların tətbiqi ilə modernizə edilməsi prosesi həyata keçirilir. Plana uyğun olaraq Türkiyəyə göndərilmiş Su-25 hücum təyyarəsi "Türk Aviasiya və Kosmik Sənaye Şirkəti" tərəfindən modernləşdirmə işləri yekunlaşdıqdan sonra Azərbaycana gətirilib. "Laçın" layihəsi adı altında modernizasiya edilərək yenidən hərbi pilotlarımızın istifadəsinə verilən təyyarənin sınaq uçuşları keçirilib. Təyyarəyə yeni quraşdırılmış Türkiyə istehsalı olan ağıllı bomba və raketlərin testləri yekunlaşıb və ümumilikdə görülən işlər hərbi mütəxəssislər tərəfindən müsbət qiymətləndirilib.

Nərgiz Camalzadə