• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 995
— 27.07.2023 13:43

Üç günlük konfrans yekunlaşıb

KepezTV Player

Gəncədə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin ölkəmizdə dövlət-din münasibətlərinin yüksək səviyyədə tənzimlənməsi, dini etiqad azadlığının təmin olunması məqsədilə keçirdiyi 3 günlük konfrans işini yekunlaşdırıb. Tədbirin son günündə dinin siyasiləşdirilməsi, radikalizm və ekstremizmə qarşı ideoloji müstəvidə effektiv mübarizənin aparılması diqqət mərkəzində olub. Çıxışlarda ölkədə dini mühitdə gedən proseslər, cağırışlar, təhdidlər və Azərbaycan dövlətinin bu istiqamətdə atdığı addımlar barədə danışılıb. Bu işdə müvafiq qurumlar, yerli icra hakimiyyəti orqanları ilə yaxından əməkdaşlığın önəmi vurğulanıb. Konfransda Ulu Öndər Heydər Əliyevin yaşadığı mənalı və kamil ömür yolundan, xalq və dövlətçiliyimiz uğrunda apardığı mübarizəsi haqqında məlumat verilib.

Səyyad Salahlı- DQİDK-nın sədrinin 1-ci müavini: “Gəncə təbii ki, adət-ənənəsinə, tarixinə və idea xüsusiyyətlərinə görə Azərbaycanın böyük şəhərlərindən biridir. Eyni zamanda, burada şübhəsiz ki, dini tədbirlər həmişə çox böyük şövqlə keçirilir. Çünki, bu da dediyim kimi Gəncənin tarixi ilə bağlıdır. Müasir çağırışlar və qarşıda duran hədəflər mövzusunda bu gün 3-cü gündür ki, dövlət komitəsi burada tədbirlər keçirir və bu tədbirlərdə məqsədimiz, gənclərin İslam dininin sülh dini olması ilə bağlı anlayışlarını daha da möhkəmlətməkdir. Eyni zamanda İslam dininin sülh dini olmasına baxmayaraq onu fanatizmlə, cəhalətlə, terrorçuluqla eyniləşdirənlərə cavabımızdır və biz bunu müxtəlif hadisələr fonunda, eyni zamanda Gəncənin tarixi fonunda, Gəncədəki dini adət-ənənələr formasında camaata izah etməyə çalışaq”.