• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1118
— 26.07.2023 16:08

Sel suları bir sıra fəsadlara səbəb olub

KepezTV Player

Dünən gecə saatlarında Goranboyda leysan yağışdan sonra güclü sel gəlib. Dağlardan gələn sel rayonun Qazançı, Goranlı kəndləri və Kürəkçay qəsəbəsində bir sıra fəsadlara yol açıb. Su evlərə, həyətyanı sahələrə və tövlələrə dolub. Bəzi əkin sahələrinə zərər dəyib. Sel suları yolları da yararsız hala salıb. 

Goranboy rayon İcra Hakimiyyəti Fövqəladə Hallar Komissiyasının sədri Seymur Nəzərovun verdiyi məlumata görə, selin fəsadlarının aradan qaldırılması istiqamətində işlər görülür.

Fərid Mehdiyev