• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2268
— 26.07.2023 11:34

Müdafiə naziri türkiyəli həmkarı ilə görüşüb

KepezTV Player

İstanbul şəhərində keçirilən “IDEF - 23” 16-cı Beynəlxalq Müdafiə Sənayesi Sərgisi çərçivəsində Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov, Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi general-polkovnik Əli Nağıyev və Türkiyənin milli müdafiə naziri Yaşar Gülerin iştirakı ilə görüş keçirilib. Görüşdə hərbi, hərbi-texniki, hərbi təhsil, hərbi tibb və digər sahələrdə əməkdaşlığın cari vəziyyəti və gələcəkdə bu istiqamətdə görülən işlərin daha da inkişaf etdirilməsi barədə müzakirələr aparılıb.