• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1452
— 26.07.2023 11:30

Goranboyda qəzada 6 nəfər xəsarət alıb

KepezTV Player

Bakı-Qazax-Gürcüstan avtomobil yolunun Goranboydan keçən hissəsində qadın sürücünün idarə etdiyi “VAZ-21015” markalı avtomobil ot bağlamaları daşıyan traktorun qoşqusuna çırpılıb. Nəticədə maşında olan bir ailənin üzvləri - Şəmkir sakinləri - 1969-cu il təvəllüdlü Şahnaz Namazova, 1990-cı il təvəllüdlü Tural Rüstəmov, 1992-ci il təvəllüdlü Tutu Rüstəmli, 1959-cu il təvəllüdlü Xalidə Abdullayeva, 2014-cü il təvəllüdlü Kənan Rüstəmli və 2011-ci il təvəllüdlü Aytən Rüstəmli müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Onlar Gəncədə yerləşən xəstəxanalardan birinə gətiriliblər. Vəziyyətləri kafi və normal qiymətləndirilir. Fakt araşdırılır.