KepezTV Player
Fövqəladə Hallar, Ekologiya və Təbii Sərvətlər nazirliklərinin 2023-2025 -ci il birgə tədbirlər planına əsasən, meşə yanğınlarına qarşı mübarizə mövzusunda müşavirə keçirilib. Çıxış edənlər keçirilən müşavirənin əhəmiyyətinə toxunaraq, meşə yanğınlarının təbiətə vurduğu ziyanlardan, son dövrlər ölkəmizdə baş vermiş meşə yanğınları və onların səbəbləri barədə məlumat veriblər. Qeyd edilib ki, qlobal iqlim dəyişikliyi fonunda havaların isti, quraq keçməsi və antropogen amillərin təsiri ilə ölkəmizin müxtəlif bölgələrində meşə yanğınları baş verib. Bu cür halların baş verməməsi üçün diqqət edilməsi gərəkən təhlükəsizlik qaydaları xatırladılıb.
- Baxış: 354