• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1173
— 25.07.2023 20:13

Radikalizm və ekstremizmə qarşı ideoloji mübarizə

KepezTV Player

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin ölkəmizdə dövlət-din münasibətlərinin yüksək səviyyədə tənzimlənməsi, dini etiqad azadlığının təmin olunması məqsədilə Gəncədə 3 günlük konfransı öz işinə başlayıb. Tədbirdə dinin siyasiləşdirilməsi, radikalizm və ekstremizmə qarşı ideoloji müstəvidə effektiv mübarizənin aparılması diqqət mərkəzində olacaq. Çıxışlarda ölkədə dini mühitdə gedən proseslər, cağırışlar, təhdidlər və Azərbaycan dövlətinin bu istiqamətdə atdığı addımlar barədə danışılıb. Bu işdə müvafiq qurumlar, yerli icra hakimiyyəti orqanları ilə də yaxından əməkdaşlığın önəmi vurğulanıb.

Sahib Nağıyev- Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini: “Bu tədbirlər təkcə Gəncə şəhərində deyil, respublikanın müxtəlif yerlərində mütəmadi olaraq keçirilir. Məsələn, bu il bizim keçirdiyimiz bəzi tədbirlər ulu öndər Heydər Əliyevin 100 illiyi ilə bağlıdır. Bugünkü konfransın mövzusu müasir çağırışlar və təhdidlər mövzusundadır. Yəni cəmiyyətimiz üçün maraqlı olan, vətəndaşlarımız üçün maraq doğuran məsələlər konfransda müzakirə olunur, çıxış yolları axtarılır və həyata keçirilir”.