• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 838
— 24.07.2023 16:43

Azad olunmuş ərazilərə gələn ay üzrə avtobus biletləri satışa çıxarılacaq

KepezTV Player

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin işğaldan azad olunmuş ərazilərə təşkil etdiyi müntəzəm avtobus reyslərinə avqust ayı üçün biletlər iyulun 26-da saat 11-də satışa çıxarılacaq. Nazirlikdən bildirilib ki, sərnişinlər müəyyən olunmuş marşrut xətləri üzrə gediş və qayıdış biletlərini əvvəlcədən eyni vaxtda yolumuzqarabaga.az portalı vasitəsilə onlayn qaydada ala bilərlər. Şuşa və Ağdam şəhərlərinə ilk müntəzəm avtobus marşrutları 2022-ci il yanvarın 24-də istifadəyə verilib. Bu günədək ümumilikdə 585 reys həyata keçirilib, 23894 sərnişin işğaldan azad olunmuş əraziləri ziyarət edib.