• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1448
— 24.07.2023 18:26

2 avtomobil və 2 ev yanıb, daha bir tikili zərər görüb

KepezTV Player
Tovuz rayonunun Qovlar şəhəri, Mirzə Ələkbər Sabir küçəsində Sürayə İsmayılovaya məxsus ikimərtəbəli fərdi evdə yanğın baş verib. Ev sahibi yoldaşının ad günü münasibətilə tort almağa gedib, bu zaman ona yanğın barədə xəbər gəlib. Evin həyətində olan "Mersedes Viano" və "VAZ" markalı avtomobillər də yanıb. Alov qonşuluqdakı Eltəkin Əlizadəyə məxsus evə də keçib. Ümumilikdə 400 kvadratmetr sahəni əhətə edən yanğın nəticəsində daha bir tikiliyə müəyyən qədər zərər dəyib. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin 6 yanğınsöndürən maşını və canlı qüvvəsi cəlb olunub. Alov söndürülüb, digər evlərə keçməsinin qarşısı alınıb. Xəsarət alan yoxdur. Faktla bağlı araşdırma aparılır.