KepezTV Player
Qərbi Azərbaycan İcmasının tərkibində Zod icmasının Göygöl nümayəndəliyi yaradılıb. Bununla bağlı rayonda yerləşən Heydər Əliyev Mərkəzində görüş keçirilib. Tədbirdə Qərbi Azərbaycan İcmasının sədri Əziz Ələkbərli, Qərbi Azərbaycan İcmasının Ağsaqqallar Şurasının sədri, akademik Əhliman Əmiraslanov, Göygöl Rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayev və 300 nəfərə yaxın vaxtı ilə Qərbi Azərbaycandan, Göyçə mahalının Zod kəndindən zorla deportasiya edilən və rayonda məskunlaşan bir qrup ağsaqqal və ziyalılar, ictimaiyyət nümayəndələri iştirak ediblər. Çıxış edənlər icmanın strukturu, məqsədləri, bu günə qədər göstərdiyi uğurlu fəaliyyəti barədə danışıblar. Eyni zamanda Zod icmasının təsis olunması ilə bağlı təşəbbüs dəstəklənib. Yeni icmanın sədri yekdilliklə Əhliman Əmiraslanov seçilib. Zod icmasının Göygöl nümayəndəliyi rayonda yaşayan Qərbi azərbaycanlılar arasında qayıdış hüququnun təşviqi və onların adət-ənənələrinin, folklorunun, mədəni dəyərlərinin təbliği istiqamətində yerli səviyyədə fəaliyyət həyata keçirəcək.
- Baxış: 454