• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1784
— 20.07.2023 20:09

"Xəzri dalğası" taktiki təlimi keçirilir

KepezTV Player

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi 2023-cü tədris ilinin hazırlıq planına əsasən Hərbi Dəniz Qüvvələri, Quru Qoşunları, Hərbi Hava Qüvvələri və Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsi ilə qarşılıqlı əlaqədə “Xəzri dalğası” taktiki təlimi keçirilir. Müdafiə Nazirliyinin rəhbər heyəti Xəzər dənizinin Azərbaycana məxsus sektorunda enerji infrastrukturlarının mühafizəsi və müdafiəsi zamanı döyüş əməliyyatlarının aparılması üzrə keçirilən təlimi izləmək üçün hərbi-dəniz bazasına gəlib. Hərbi Dəniz Qüvvələri komandanı vitse-admiral Sübhan Bəkirov təlimin gedişi barədə müdafiə nazirinə məruzə edib. Dəniz sularımız pilotsuz uçuş aparatları və digər texniki vasitələrlə fasiləsiz müşahidə edilir. Təlimin məqsədi ərazi sularımızda yarana biləcək təhdid zamanı komandirlərin və qərargah zabitlərinin birgə fəaliyyətlərin işlənməsi, eləcə də bölmələrin döyüşdə idarə olunması üzrə bilik və bacarıqlarının təkmilləşdirilməsidir. Təlimin gedişatını izləyən müdafiə naziri hərbi qulluqçuların peşəkarlığını yüksək qiymətləndirib.