• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 977
— 20.07.2023 20:21

Prezident İlham Əliyev Xocalı rayonunun işğaldan azad edilmiş Çanaqçı və Sığnaq kəndlərində olub

KepezTV Player

Prezident İlham Əliyev Cəlilabad rayonunda olub. Dövlət başçısı Cəlilabad Dövlət Peşə Təhsil Mərkəzinin açılışında iştirak edib. Məlumat verilib ki, Mingəçevir Peşə Təhsil Mərkəzinin binasının inşası başlamaq üzrədir. Füzuli Peşə Liseyi üçün binanın layihələndirilməsi aparılır. Kəlbəcər və Laçın peşə məktəblərinin tikintisi planlaşdırılır. Böyük Qayıdış Proqramı çərçivəsində ümumilikdə 8 peşə təhsil müəssisəsi istifadəyə veriləcək. Cəlilabad Dövlət Peşə Təhsil Mərkəzi də bölgələrdə gənclərin yeni tələblərə uyğun bilik və bacarıqlara yiyələnməsinə xidmət edəcək.

Prezident İlham Əliyev Füzuli rayonunda da olub, 1-ci texniki dərəcəli Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun Füzuli Beynəlxalq Hava Limanına qədər olan 27 kilometrlik hissəsinin tikintisi ilə tanış olub. Mövcud yolun uzunluğu 101, yeni yolun uzunluğu isə 81,7 kilometrdir. Tuğ dairəsinədək olan 48 kilometrlik hissə altı, 33,7 kilometrlik hissə isə dörd hərəkət zolağından ibarət olacaq. Yolun baxış keçirilən 27 kilometrlik hissəsində əsas infrastruktur işləri tam icra olunub. Ümumilikdə Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun tikintisinin 50 faizi tamamlanıb. Zəfər yolunun Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yoluna birləşən hissəsində yol qovşağının tikintisi işləri də uğurla icra olunur.

Prezident İlham Əliyev Xocalı rayonunun işğaldan azad edilmiş Çanaqçı və Sığnaq kəndlərində də olub.

Fərid Mehdiyev