• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1113
— 18.07.2023 20:04

Azərbaycan və Gürcüstan Müdafiə nazirliklərinin nümayəndələri arasında görüş keçirilib

KepezTV Player

Müdafiə nazirinin müavini - Hərbi Hava Qüvvələrinin Komandanı general-leytenant Ramiz Tahirov ölkəmizdə rəsmi səfərdə olan Gürcüstan Müdafiə Qüvvələri komandanının müavini general-mayor Zaza Çxaidzenin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. Azərbaycan ilə Gürcüstan arasında digər istiqamətlərdə olduğu kimi hərbi aviasiya və hava hücumundan müdafiə sahələrində əməkdaşlığın inkişaf etdirilməsinin əhəmiyyəti xüsusi vurğulanıb. Həmçinin regionda sülhün və təhlükəsizliyin təmin olunması, birgə hərbi əməkdaşlığın inkişaf perspektivləri barədə ətraflı fikir mübadiləsi aparılıb.