• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2093
— 18.07.2023 20:17

Gənclər Şəhidlər Xiyabanına yürüş ediblər

KepezTV Player

Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsi, eləcə də Gəncə Gənclər Evinin birgə təşkilatçılığı ilə gənclərin Şəhidlər Xiyabanına yürüşü baş tutub. Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçərək, qəhrəmanlıq göstərmiş Vətən övladlarının döyüş yolunun öyrənilməsi, onların vətənə sevgisinin təbliği, gənclərdə vətənpərvərlik ruhunun yüksəldilməsinin vacibliyi vurğulanıb. Şəhidlərin ailə üzvləri gənc nəslin tariximizə dair biliklərini möhkəmləndirmək, Vətənin bütövlüyü uğrunda canından keçmiş igid Azərbaycan oğullarının xatirəsini əziz tutmaq üçün belə təşəbbüslərin əhəmiyyəti barədə danışıblar, onlara göstərilən diqqət və qayğıya görə təşəkkürlərini bildiriblər. Məzarları üzərinə tər qərənfillər düzülən Şəhidlər hörmət və ehtiramla yad ediliblər.

Brilliant Əsgərova- Şəhid anası: “Mən gənclərlə fəxr edirəm. Bəli, Şəhidlərimizlə fəxr etdiyim kimi, indi müasir dövrün gəncləriylə fəxr edirəm ki, bu gənclər həqiqətən də Vətən sevən gənclər oldu. Bizim Şəhidlərin davamçıları oldular və buna şahid oluram, görürəm ki, gənclər hansı ruhda böyüyürlər. Mən bu Şəhidlər Xiyabanına gəldikdə, gənclərin burada bağçasından tutmuş, orta məktəb şagirdləri, hansı təşkilatın gənci olursa-olsun burada olduğunu gördüm, müşahidə elədim”.

Şölə Seyidova- Tələbə: “Bu gün təşkil olunan Şəhidlər Xiyabanına ziyarətin ilkin səbəblərindən biri şəhidlərimizi unutmamaqdır onları mütəmadi olaraq yad etməkdir. Şəhidlər bizim üçün heç vaxt ölməmişdir. Onları heç vaxt unutmamaq, onları ziyarət etmək bizim borcumuzdur, hər bir gəncin borcudur. Biz də mütəmadi olaraq üzərimizə düşən borcu yerinə yetiririk”.

Amil Qurbanov- Gəncə Gənclər Evinin direktoru: “Gənclər, Şəhid anaları, qazilərimiz, şəhid yaxınları bu ziyarətə qoşulublar. Bizdə bu, il ərzində mütəmadi olaraq təşkil olunur, 3 aydan bir, 4 aydan bir və mümkün qədər çalışırıq ki, hər bir Azərbaycan vətəndaşı kimi Şəhidlərimizi, qazilərimizi 44 gün müddətində və eyni zamanda ölkəmiz üçün, millətimiz üçün tarix boyu canını, qanını fəda edən qardaşlarımızı ziyarət edək. Bu, bizim borcumuzdur”.

Fərid Mehdiyev