• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1745
— 18.07.2023 16:17

Polislər idman mübarizəsində

KepezTV Player

Göygöl Rayon Polis Şöbəsində Daxili İşlər Nazirliyinin idman cəmiyyətinin təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə polislər arasında silahsız özünümüdafiə və əlbəyaxa döyüş üzrə yarış keçirilib. Rəsmi hissədə çıxış edən Rayon Polis Şöbəsinin rəisi Zaur Nəsirov ulu öndərin ölkəmizdə idmanın inkişafına xüsusi diqqət yetirdiyini, gənclərin idmanla məşğul olması üçün hər cür şəraitin yaradıldığını vurğulayıb. Azərbaycan idmançılarının beynəlxalq arenalarda, nüfuzlu turnirlərdə əldə etdikləri nailiyyətlərdən söz açılıb. Azərbaycan polisinin ölkədə ictimai təhlühəsizliyin təmin olunması istiqamətində mütəmadi olaraq ayrı-ayrı tədbirlər həyata keçirdiyi bildirilib. Asayiş keşikçilərinin də sağlam olması və idman biliklərinə yiyələnməsinin vacibliyinə toxunulub. DİN-in idman cəmiyyətinin baş inspektoru Zaur Məcidov yarışın qaydaları haqda ətraflı məlumat verib. Yarışda 150-yə yaxın Daxili İşlər Nazirliyi əməkdaşı 6 çəkidə mübarizə aparıb. Qaliblər medal, fəxri fərman və hədiyyələrlə təltif ediliblər. İdman müsabiqəsinin təşkili üçün göstərdiyi xidmətlərə görə rayon İcra hakimiyyətinin başçısı Elvin Paşayev də fəxri fərmana layiq görülüb.