• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 780
— 17.07.2023 15:26

Azərbaycan Ukraynaya humanitar yardımın göstərilməsi üçün 7,6 milyon dollar vəsait ayırıb

KepezTV Player

Prezident İlham Əliyev Ukraynaya humanitar yardım göstərilməsi məqsədilə elektrik avadanlığının satın alınması və göndərilməsi üçün 2023-cü il dövlət büdcəsindən Energetika Nazirliyinə 7,6 milyon ABŞ dollarının manat ekvivalentində vəsait ayrılması barədə sərəncam imzalayıb. 

Prezident Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında qanunu da imzalayıb. Azərbaycan ərazisində istehsal olunan minik avtomobillərinin satışı 2023-cü il mayın 1-dən 10 il müddətinə ƏDV-dən azad olunub. 
Prezident İlham Əliyevin “Gömrük tarifi haqqında” Qanununda dəyişiklik edilməsi barədə qanunu imzalaması ilə Azərbaycana minatəmizləmə qurğularının və minaaxtaran itlərin gətirilməsi martın 1-dən 5 il müddətinə gömrük rüsumlarından azad edilir. Bundan əvvəl müddət 2026-cı ilə qədər nəzərdə tutulmuşdu.

Dövlət başçısı “Kiçik və orta biznes evlərində mikro, kiçik və orta sahibkarlıq subyektlərinə göstərilən xidmətlərin siyahısı”nda dəyişiklik edilməsi haqqında fərman da imzalayıb. Azərbaycanın Audiovizual Şurası və Medianın İnkişafı Agentliyinə yeni səlahiyyətlər verilib. 
Dövlət başçısının sərəncamı ilə Azərbaycanın ictimai-siyasi həyatında uzunmüddətli səmərəli fəaliyyətinə görə Cavanşir Əyyub oğlu Feyziyev “Şöhrət” ordeni ilə təltif edilib.