• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1573
— 15.07.2023 20:09

Dövlət çevrilişinə cəhddən 7 il ötür

KepezTV Player

Türkiyənin Gəncədəki Baş konsulluğunda 15 iyul – Demokratiya və Milli Birlik Günü qeyd edilib. Baş konsul Recep Öztop 2016-cı ildə Türkiyənin xain çevriliş cəhdi ilə üzləşdiyinə diqqət çəkərək xalqın bu vəziyyətə biganə qalmadığı, ölkə prezidenti Rəcəp Tayyib Ərdoğanın çağırışı ilə dövlət çevrilişinin qarşısının alındığını vurğulayıb. Meydanlara və küçələrə çıxan vətəndaşların dövləti və demokratiyanı müdafiə etdiyi bildirilib. Türk millətinin şəhid və qaziləri unutmadığı xatırladılıb. 7 il əvvəl Türkiyə xalqının irticaya və separatizmə qalib gələrək milli dövlətini, legitim hakimiyyəti və ölkənin bütövlüyünü qoruduğu önə çəkilib. Tədbirdə “Bir millət, iki dövlət” prinsipinə sadiq olan Azərbaycanın daim Türkiyənin yanında olduğu, eyni dəstəyi də qarşı tərəfdən aldığına diqqət çəkilib.

Recep Öztop- Türkiyənin Gəncədəki Baş konsulu: “Bilirsiniz ki, FETO terror təşkilatı, axşam saatlarında terrorçuların başlatdığı və təxminən bir gün davam edən cəhd xalqımızın küçələrə çıxması, birlik və bərabərliyin ən geniş və güclü şəkildə əks olunması nəticəsində böyük qəhrəmanlıqla iflasa uğradı. Təəssüf ki, bu böyük mübarizə nəticəsində 257 şəhid və 2196 qazimiz oldu. Bu fədakar insanlara nə qədər minnətdar olsaq da, azdır. Bu münasibətlə şəhidlərimizə rəhmət diləyir, qazilərimizə təkrar başsağlığı verir, onlara sakit və uğurlu həyat arzulayıram. Türkiyə, Azərbaycan və Türk dünyası olaraq heç kimə bu kimi təhdidləri yaşamamasını arzu edirik. Xalqlarımızın və millətlərimizin sülh və firavanlıq içində yaşamasını arzu edirik. Biz bu prosesdə Türkiyə ilə Azərbaycan arasındakı dostluğu da gördük”.

Fərid Mehdiyev