• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1582
— 15.07.2023 20:16

Deputat: "İnanıram ki, gələn il Zəngəzur dəhlizi ilə avtomobillərimiz hərəkət edəcək"

KepezTV Player

Sayca 6-cı Brüssel görüşü. Azərbaycanla Ermənistan arasında münasibətlərin nomallaşmasına xidmət edən növbəti ali görüş bu platformanın qənaedici olduğunu deməyə əsas verir. Amma hər dəfə olduğu kimi bu dəfə görüşöncəsi sərhəddə və Qarabağda törədilən erməni təxribatı müşahidə edilməkdədir.

İyulun 9-dan etibarən qarşı tərəf ayrı-ayrı istiqamətlərdə müxtəlif ordumuzun mövqelərini atəşə tutaraq təxribatlar törədirlər. Atəşkəsin pozulması halları sərhəd və Qarabağla yanaşı Naxçıvan istiqamətində də qeyd alınır. Sərhəd ərazilərlə bərabər daha çox rus sühlməramlılarının nəzarət etdiyi ərazilərdə özbaşınalıq hökm sürür. Eyni zamanda erməni dəstləri ordumuzun Ağdam, Xocalı, Kəlbəcər və Laçın rayonları istiqamətlərində yerləşən mövqelərinin qarşısında uzunmüddətli fortifikasiya qurğularını quraşdırmağa cəhd göstərirlər. Bu azmış kimi, Qarabağda baş verən ölüm hallarını Azərbaycanın ayağına yazmaq cəhdləri də müşahidə edilir. Bütün bunlar isə sülh danışıqları prosesinə kölgə salmağa hədəflənən əməllərdir. 

Deputat sülh müqaviləsi haqda da fikrlərini bölüşüb. Ölkəmizin mövqeyinin qəti olduğunu və anlaşmanın imzalanaraq gələn il Zəngəzur dəhlizində avtomobilərimizin hərəkət edəcəyinə inandığını deyib.

Hər nə olursa olsun, Ermənistan tərəfi hər hansı təxribata, qanunsuzluqlara əl atsa belə, yaxın gələcəkdə ölkəmizin apardığı uğurlu siyasət müsbət nəticə ilə sonlanacaq. Biz artıq dalana dirənən qarşı tərəfi tezliklə sülh müqaviləsinə məcbur edərək istəyimizə nail olmaqla, Zəngəzur dəhlizindən istifadə edə biləcəyik və Naxçıvana uzun illər sonra quru yolla gedəcəyik.

 Orxan Cəfərzadə