Gəncə Dövlət Universitetinin fizika-riyaziyyat fakültəsinin riyaziyyat ixtisasını bitirən məzunlar uzun ayrılıqdan sonra bir araya gəliblər. Dörd il birlikdə təhsil aldıqları auditoriyalarda sevincli və kövrək anlar yaşayıblar. Tələbəlik illərinə qayıdanlar 43 il öncəki gənclik çağının ən gözəl anlarını xatırlayıblar. Müxtəlif bölgələrdən olan 20 məzun uzun ayrılıqdan sonra doğma universitetə qədəm basmağın qürurverici olduğunu bildiriblər. Onlara dərs keçən müəllimləri ilə görüş isə duyğulu anlar yaşadıb. Məzunlar həmçinin universitetdə tələbələr üçün yaradılan müasir şəraitlə tanış olublar.
Məcid Məmmədov- görüş iştirakçısı: “Əksəriyyət yoldaşlar ömürlərini xalqımızın gələcəyi olan körpələrin təhsilinə həsr ediblər, müəllim işləyirlər. Bu yoldaşların içərisində iki nəfər hətta prezidentin sərəncamı ilə təltif olunmuşlar. Çox gözəl bir gün oldu. Sanki tələbəlik illərini yenidən yaşamış olduq. Bu işdə zəhməti keçənlərin hər birinə təşəkkür edirik”.
Yəhya Abbasov- görüş iştirakçısı: “Bu institutda təhsil almışıq. O qədər həyacanlı günlər keçiririk, bir anlıq keçmiş illərə qayıdırsan. Bu gözəl gündür, bu münasibətlə tələbə yoldaşlarımı təbrik edirəm”.
Üzeyir Əfəndiyev- GDU-nun dosenti: “Biz müəllimlər üçün fəxrdir ki, onlar gəliblər. Onlar o illəri xatırlayırlar. Mən öz adımdan, həm də institut rəhbərliyi adından gələn məzunların hər birini təbrik edirəm”.
Elnur Vahidoğlu
- Baxış: 344