KepezTV Player
Tovuz Rayon Polis Şöbəsinin əməkdaşlarının sanitariya-gigiyena qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə rayon ərazisində keçirdikləri tədbirlər zamanı Xatınlı, Aşağı Öysüzlü, Qədirli, Düz Cırdaxan, Yuxarı Öysüzlü, Quşçu, Qovlar şəhər və aşağı Quşçu kəndlərində sənaye və məişət tullantılarının qalaqlanması və yandırılması zamanı ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsi faktları aşkar olunub. İnzibati Xətalar Məcəlləsinin 271-ci maddəsinin tələblərini pozduqlarına görə həmin kəndlərin bələdiyyə sədrləri barəsində inzibati tənbeh tədbiri tətbiq olunub. Sözügedən ərazilər təmizlənib.
- Baxış: 253