TƏBİB Gəncədə Perinatal xidmətin keyfiyyətinin artırılması ilə bağlı regional konfrans keçirib. 17 şəhər və rayonun tibb işçilərinin qatıldığı tədbirdə respublikada Perinatal mərkəzlərin fəaliyyəti ilə bağlı dəyərləndirmə aparılıb və bununla bağlı olaraq xüsusi komissiya yaradıldığı vurğulanıb. Gəncə Perinatal Mərkəzdə də komissiyanın üzvləri tərəfindən analitik məlumatlar hazırlanıb. Aşkar olunmuş çatışmazlıqlar, problemlərlə bağlı müvafiq tapşırıqlar verilib. Ana və uşaq ölümlərinin baş verməməsi üçün vaxtında, düzgün müayinə və müalicələrin təyin edilməsi ilə bağlı göstərişlər verilib. Həmçinin, hamilə qadınlarla sıx təmasda olmaq, eləcə də uşaq dünyaya gələnə kimi qadının nəzarətdə saxlanılmasının vacibliyi vurğulanıb. Konfransda mövzu ətrafında fikir mübadiləsi aparılıb, suallar cavablandırılıb.
Anar İsrafilov- TƏBİB-in icraçı direktorunun müavini: “Ən çox rastlaşdığımız problem hamilə qadınların qeydiyyata götürülməsidir. Buna antenatal xidmətin təşkil olunması deyilir. Antenalat xidmətlərlə problemimiz var. Bununla bağlı da TƏBİB-də vahid konsepsiya hazırlanır. Təbii ki, bu Gəncə üzrəd ə təqdim olunacaq və tətbiq olunacaqdır”.
Elnur Vahidoğlu
- Baxış: 330