• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1586
— 15.07.2023 19:56

"Azərbaycan xalqı və dövləti bu mücadilədə ilk anlardan qardaş Türkiyə dövlətinin və xalqının yanında idi"

KepezTV Player

Türkiyədə 15 İyul hadisələrinin yeddinci ildönümündə dövlət çevrilişi cəhdinin qarşısının alınması yolunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsini dərin hörmət və ehtiramla yad edirik. Bu barədə Prezident İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana ünvanladığı məktubunda bildirib. "Türkiyə Respublikasına qarşı yönəlmiş bu xain plan ölkənizin tarixində çətin sınaq idi. Heç şübhəsiz ki, əsl qəhrəmanlıq dastanının yazıldığı o gün qardaş Türkiyə xalqının Sizə olan hədsiz inam və etimadın aşkar təzahürü olaraq ətrafınızda sıx birləşməsi, Sizin çağırışınıza dərhal cavab verməsi xain niyyətlərin qarşısına aşılmaz sipər çəkərək ölkənizi böyük faciələrdən xilas etdi. Azərbaycan xalqı və dövləti bu mücadilədə ilk anlardan qardaş Türkiyə dövlətinin və xalqının yanında olmuş, ölkənin Konstitusiya quruluşuna, legitim hakimiyyətinə qəsd edən Vətən xainlərini birmənalı şəkildə pisləmişdi. Əminəm ki, ən böyük sərvətimiz olan sarsılmaz Azərbaycan-Türkiyə qardaşlığını, birliyini və həmrəyliyini qoruyub saxlamaq və gələcək nəsillərə ərməğan etmək, strateji müttəfiqliyimizi hərtərəfli inkişaf etdirmək və möhkəmləndirmək naminə birgə səylərimizi bundan sonra da ardıcıl şəkildə davam etdirəcəyik." - deyə dövlətimizin başçısı qeyd edib.